Avropa İttifaqına (Aİ) üzv ölkələr 2026-cı il yanvarın 1-dən etibarən Bolqarıstanın avrozonaya daxil olmasını təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, qərar Brüsseldə Aİ-nin maliyyə nazirləri tərəfindən qəbul edilib.
İyun ayının əvvəlində Avropa Komissiyası Bolqarıstanın gələn il yanvarın 1-dən etibarən avronun istifadəsinə başlamaq üçün bütün meyarlara cavab verdiyini bildirən hesabat dərc edib.
Beləliklə, avrozona 21 ölkəyə qədər genişlənəcək.