• Bakı 24° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Politico: Aİ Afrika ölkələrinə yardım göstərəcək
DÜNYA
09 Iyul 2025 | 15:35

"Politico": Aİ Afrika ölkələrinə yardım göstərəcək

Avropa İttifaqı qitə dövlətlərinin Avropaya gələn miqrant axınını məhdudlaşdırmaq şərti ilə Afrika ölkələrinə yardım göstərəcək. 

Bakıvaxtı.az "Politico" qəzetinə istinadən xəbər verir ki, bu, Avropa Komissiyasının (AK) 2028-2034-cü illər üçün müvafiq sənəd layihəsində yer alıb.

Sənədin müəllifləri qeyd ediblər ki, miqrasiya axınlarının idarə edilməsinin effektiv olması üçün Aİ-yə üzv dövlətlər miqrasiya, sığınacaq və xarici siyasət sahələrində addımları əlaqələndirməlidir.

Brüssel həmçinin bir neçə müxtəlif yardım proqramını vahid Qlobal Avropa Fondunda birləşdirməyi təklif edir. Proqram Avropa, Yaxın Şərq, Fars körfəzi, Şimali Afrika və Sub-Sahara Afrikası, həmçinin Sakit okean regionu və Karib hövzəsi ölkələrini əhatə edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR