Böyük Britaniya Azərbaycan vətəndaşı Çingiz Əliyevə qarşı sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Çingiz Əliyev strateji əhəmiyyətli bir sektorda, yəni Rusiya enerji sektorunda fəaliyyət göstərən Litasco Middle East DMCC və Litasco SA şirkətlərinin direktoru kimi Rusiya hökumətindən müavinət almaqda iştirak edib və ya iştirak edir", - deyə məlumatda bildirilir.
Qərarda aktivlərin dondurulması və digər maliyyə məhdudiyyətləri də daxil olmaqla maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.
Bakı 












