ABŞ yeddi ölkənin (Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone) vətəndaşlarının ölkəyə girişinə tam qadağa tətbiq edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
Qeyd edilib ki, daha 15 ölkənin (Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominika, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve) vətəndaşları üçün viza verilməsinə qismən məhdudiyyətlər tətbiq olunacaq.
Eyni zamanda, Vaşinqton Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulmuş qadağanı ləğv etmək, lakin immiqrasiya vizaları üzrə məhdudiyyəti qüvvədə saxlamaq qərarına gəlib.
Bakı 











