• Bakı C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

İnam Kərimov Naxçıvan Ali Məhkəməsinin yeni sədri ilə görüşdü
CƏMİYYƏT
17 Dekabr 2025 | 10:13

İnam Kərimov Naxçıvan Ali Məhkəməsinin yeni sədri ilə görüşdü

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə sədr vəzifəsinə təyin edilən Kommersiya kollegiyasının hakimi Aida Hüseynlə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, tədbirdə İnam Kərimov Aida Hüseyni Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu yüksək və məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd olunub ki, Aida Hüseyn uzun illər səmərəli fəaliyyəti ilə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə mühüm töhfələr verib. Bildirilib ki, onun bundan sonrakı fəaliyyəti də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərəcək.

Aida Hüseyn çıxışında ona göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlığını bildirib, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına səylə çalışacağını qeyd edib.


SON XƏBƏRLƏR

16 Dekabr 2025