Çilinin şimal sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Episentr 129 min insanın yaşadığı Kopyapo şəhərindən 114 km cənub-qərbdə, zəlzələ ocağı isə 25 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat haqqında informasiya verilmir.
 Bakı 










