• Bakı 26° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Danimarkalı futbolçu Arsenala keçib
İDMAN
10 Iyul 2025 | 15:31

Danimarkalı futbolçu "Arsenal"a keçib

Danimarkalı futbolçu Kristian Nyorqor "Brentford" klubundan London təmsilçisi "Arsenal"a keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "topçular"ın rəsmi saytı məlumat yayıb.

"Danimarka millisinin üzvü Kristian Nyorqorun klubumuza qoşulduğunu bildirməkdən məmnunuq. 31 yaşlı yarımmüdafiəçi "Brentford"dan qatılıb. O, bütün turnirlərdə 196, o cümlədən Premyer Liqada 122 oyun keçirib, 13 qol vurub və 18 məhsuldar ötürmə edib", - klubun açıqlamasında deyilir.

Qeyd edək ki, "Arsenal" İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünü ikinci yerdə başa vurub. Mikel Artetanın komandası 38 matçda 74 xal toplayıb.

“Liverpul” 84 xalla İngiltərə çempionu olub.


SON XƏBƏRLƏR

10 Iyul 2025