• Bakı 26° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

“DOST Müfəttiş” layihəsi çərçivəsində “Caspian Energy Club”a üzv olan şirkətlərlə görüş keçirilib - FOTOLAR
CƏMİYYƏT
10 Iyul 2025 | 18:42

“DOST Müfəttiş” layihəsi çərçivəsində “Caspian Energy Club”a üzv olan şirkətlərlə görüş keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada “Caspian Energy Club”a üzv şirkətlərlə “DOST Müfəttiş” layihəsi çərçivəsində görüş olub.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Milli Observatoriyan İdarə Heyətinin sədri Elnur Səfərli, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev eləcə də Kluba üzv şirkətlərin nümayəndələri iştirak ediblər

E.Səfərli “DOST Müfəttiş” layihəsinin məqsədləri, əhatə dairəsi və bu təşəbbüsün əmək bazarında şəffaflığın təmin olunmasında oynadığı roldan bəhs edib. Layihənin işəgötürənlər üçün maarifləndirici və dəstək xarakteri daşıdığını, eyni zamanda əmək qanunvericiliyinə əməl olunmasına töhfə verdiyi vurğulanıb.

N.Mirzəyeva layihənin Dövlət Əmək Müfəttişliyi Xidməti ilə işəgötürənlər arasında səmərəli kommunikasiya vasitəsi olmasından, əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasında preventiv və metodiki əhəmiyyətindən bəhs edərək işəgötürənlərdə “özünü-qiymətləndirmə” ənənəsinin formalaşmasına müsbət təsirlərindən danışıb.

T.Əliyev belə görüşlərin özəl sektor üçün əhəmiyyətini vurğulayaraq gələcəkdə də dövlət və özəl sektor arasında  əməkdaşlıqların davam etdirilməsinin vacibliyini qeyd edib.

Sonra layihə barədə işəgötürənlərə ətraflı təqdimat edilib, onun məqsədləri, fəaliyyət istiqamətləri və müəssisələr üçün yaratdığı imkanlar izah olunub.

Sonda şirkət nümayəndələrinin sualları cavablandırılıb və əmək qanunvericiliyi ilə bağlı praktiki məsələlərə dair fikir mübadiləsi aparılıb. 

Görüş, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.


 


SON XƏBƏRLƏR

10 Iyul 2025