Həkimlər göz quruluğu və qızartının yaranma səbəbini açıqlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq materialı “New York Post” (NYP) yayımlayıb.
Məlumata görə, 20 milyondan çox amerikalıda quru hava, külək, müəyyən otoimmün xəstəliklər, dərmanlar, həmçinin A vitamini çatışmazlığı və həddindən artıq telefon istifadəsi nəticəsində yaranan ən azı bir göz xəstəliyi var.
Oftalmoloq Ashley Brissett, həkimlərin və xəstələrin tez-tez gözdən qaçırdığı göz xəstəliklərinin baş verməsində daha bir amili açıqlayıb.
Belə ki, göz kirpiklərində yaşayan mikroskopik gənələr adətən zərərsizdir və demək olar ki, hər kəsdə var. Lakin onların həddindən artıq çoxalması kirpiklərin dibindəki bakteriyalarla qidalanmaları nəticəsində blefaritə səbəb ola bilər. Blefarit isə öz növbəsində göz qapaqlarının iltihabına, qızartıya, quruluğa, arpacığa, qaşıntıya və qıcıqlanmaya gətirib çıxarır.
Həkimin sözlərinə görə, bu gənələrin yaranmasının qarşısını almaq üçün göz gigiyenasına diqqət etmək, makiyajı vaxtında təmizləmək, dəsmal və kosmetik vasitələri başqaları ilə paylaşmamaq vacibdir.
Mina Mikayılova