• Bakı 24° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Gürcüstan DTX: Batumidə radioaktiv uranın satışına görə iki nəfər saxlanılıb
DÜNYA
17 Iyul 2025 | 11:39

Gürcüstan DTX: Batumidə radioaktiv uranın satışına görə iki nəfər saxlanılıb

Batumidə radioaktiv uranın qanunsuz alışı və satışına görə iki nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Saxlanılan şəxslərdən biri Gürcüstan vətəndaşı, digəri isə əcnəbidir, onun vətəndaşlığı dəqiqləşdirilməyib.

DTX-nin məlumatına görə, sövdələşmənin məbləği 3 milyon dollar təşkil edib.

Qurum qeyd edir ki, radioaktiv uran müxtəlif partlayıcı qurğuların hazırlanması və terror aktının həyata keçirilməsində istifadə olunur.


SON XƏBƏRLƏR