• Bakı 27° C

    15.02 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Həbsdə olan general-leytenantın FOTOSU YAYILDI 
SİYASƏT
27 Avqust 2026 | 12:14

Həbsdə olan general-leytenantın FOTOSU YAYILDI 

Həbsdə olan general-leytenant Rövşən Əkbərovun gənclik illərinə aid fotosu üzə çıxıb.

Bakıvaxtı.az-ın redaksiyasına daxil olan foto Rövşən Əkbərovun hərbi xidmətinin gənclik dövrlərini əks etdirir. 

Qeyd edək ki, Rövşən Əkbərov 1965-ci ildə anadan olub. O, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, müxtəlif yüksək vəzifələrdə çalışıb və general-leytenant hərbi rütbəsinə yüksəlib. 

Rövşən Əkbərovun adı daha sonra 2001-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində iş adamı Elçin Əliyevin öldürülməsi ilə bağlı cinayət işi üzrə gündəmə gəlib. Baş Prokurorluğun məlumatına görə, istintaq zamanı onun həmin şəxsin ölümündə iştirakına dair əsaslı şübhələr müəyyən edilib.    

2021-ci ilin martında Əkbərov qəsdən adam öldürmə və xuliqanlıq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bakı Hərbi Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını qismən təmin edərək 40 min manat məbləğində vəsaitin ödənilməsinə qərar verib.

Onun hərbi rütbəsinin və fəxri adlarının alınması isə zəruri hesab edilməyib.

Elcan Musalı


Həbsdə olan general-leytenantın FOTOSU YAYILDI 
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026