• Bakı 14° C

    7.72 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

İdeyasız təşəbbüslər mənasızdır - İlham Əhmədov yazır
YAZARLAR
12 Dekabr 2022 | 12:31

İdeyasız təşəbbüslər mənasızdır - İlham Əhmədov yazır

İlham Əhmədov

Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyinə transformasiya etməyə ciddi cəhdlər edir. Universitetlər də öz növbəsində müəyyən təşəbbüslərdə bulunur, nəsə fərqli, innovativ işlər etmək istəyirlər. Amma … nə, niyə, necə? Bu haqda ciddi planlar, ideyalar yoxdur.

Ali təhsil müəssisələri fikirləşir  ki, “… dünya unuiversitetləri 30 ildir rəqəmsallaşır. Biz niyə geri qalaq?” Beləliklə unikal qərar qəbul edilir: təhsili rəqəmsallaşdıra bilməsək də (çünki, təhsilin rəqəmsallaşması üzrə formalaşmış komandalarımız yoxdur, bu işə pul xərcləmək istəmirik, bunu bizdən tələb edən yuxarı təşkilat da heç yoxdur), bəlkə görüntü yaradaq, gözə kül üfürək? Əsas “pokazuxadır”. Bu əsnada primitiv, elm və təhsilə aidiyyatı olmayan, təhsilin rəqəmsallaşmasına yad olan təşəbbüslər irəli sürülür, nəticə isə effekt vermir, əksinə, əks effekt verir. Hətta ali təhsil müəssisələrinin bəziləri tiktokerlərə qrantlar ayırması nəzərdə tutulur. 

30 ildir təhsil layihələrinə nə hökumət (ETN), nə də universitetlər qrant verirlər. Düzdür, bu il 1-2 universitet kiçik qrantlar verdi, amma bunun təhsilin inkişafına nə dərəcədə faydalı olacağı bəlli deyil, qrant mövzuları ciddi deyil. 

Yəqin, bu qranrların nəticələri ictimaiyyətə geniş təqdim edilər və onların təhsilə tövhələri də  bəlli olar. Əslində, tiktokerlər yaxşı qazanırlar, onların qranta ehtiyacı yoxdur. Onlar öz təşəbbüsü və öz pulu ilə də təhsil yönümlü layihələr edə bilərlər.

Belə görüşləri tələbələr üçün daha faydalı etmək olardı. Yaxşı olardı ki, tanınmış alimlərlə (xarici alimlər, xaricdə işləyən azərbaycanlı alimlərlə, sayları çox olmayan tanınmış yerli alimlərlə (məs. prof. Rafiq Əliyev v.s), qlobal şirkətlərdə çalışan azərbaycanlı İT mütəxəssislərlə (canlı və ya onlayn) görüşlər keçirilərdi. Hər bir tədbirdə məqsəd tələbənin bundan nəsə fayda götürməli, yeni biliklər əldə etməli, biznes mühitə  uyğunlaşmalıdırlar.  Belə olduqda görüş tələbələrə faydalı olar. azərbaycanlı innovatorlar, startap müəllifləri, beynəlxalq layihələrdə zəngin menecerlik təcrübəsi olan azərbaycan vətəndaşları ilə də belə görüşlər faydalı olardı.

Belə görüşlər öncəsi, universitetlərin transformasiya üçün ideyaları olmalıdır. ideyasız təşəbbüs mənasızdır. Bu ideyaları isə universitetlərin, ETN-nin beyin mərkəzləri yarada və reallaşdıra bilər. Bizdə isə belə mərkəzlər yoxdur. Olacaqmı bəs?

Nə vaxt? Harda?

Bakıvaxtı.az


SON XƏBƏRLƏR