Masallının bəzi ərazilərində qaz kəsiləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Masallı şəhəri, Azərbaycan prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qarşısından keçən yeraltı qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq, 18.12.2025-ci il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək Digah və Seybətin kəndləri, eləcə də şəhərin bir hissəsi daxil olmaqla, ümumilikdə təxminən 3200 abonentin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik.
Bakı 












