• Bakı 26° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Məktəbli formalarının qiyməti dəyişdi, bəs keyfiyyət? - VACİB AÇIQLAMA
CƏMİYYƏT
15 Avqust 2025 | 16:51

Məktəbli formalarının qiyməti dəyişdi, bəs keyfiyyət? - VACİB AÇIQLAMA

Yeni dərs ilinin başlamasına 1 ay qalır. Artıq valideynlər övladları üçün məktəb alış-verişinə start verib.

Bakıvaxtı.az xəbər verir ki, valideynləri daha çox məktəbli formaları maraqlandırır: kimisi məktəbli geyimlərinin büdcəsinə uyğun olmasına, kimisi isə keyfiyyətlinə üstünlük verir.

Bəs, məktəbli geyimləri ilə bağlı vəziyyət necədir?

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzizov bildirib ki, iyulun 1-dən etibarən məktəbli formalarının qiymətlərində böyük endirimlər tətbiq olunub.

E.Əzizovun sözlərinə görə, qolu qısa köynəklərin qiyməti 12 manatdan 8 manata endirilib ki, bu da 33% ucuzlaşma deməkdir. Qolu uzun köynəklər isə 12 manatdan 10 manata düşüb (18% endirim).

“Bütün şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata, jaketlərin qiyməti isə 30 manatdan 20 manata endirilib”, - deyə E.Əzizov əlavə edib.

Müsahibimiz qeyd edib ki, ümumilikdə, endirimlər 18%-33% aralığında dəyişir və beş nominal məhsulun qiyməti aşağı salınıb

Hazırda həm şagirdlər, həm də valideynlər əsasən istirahət mövsümündə olduqları üçün satışlarda böyük axın müşahidə edilmir. Onun dediyinə görə, satışla bağlı statistika 15 sentyabrdan sonra məlum olacaq.

Şöbə müdiri nəzərə çatdırıb ki, qiymətlərin salınmasının əsas səbəbi bazarda keyfiyyətsiz, mənşəyi məlum olmayan saxta məktəbli formalarının çox olmasıdır:

“Rəqabət aparmaq üçün qiymətlər endirilib. Valideynlərə tövsiyəm odur ki, belə saxta formaları almasınlar. Çünki keyfiyyətsiz məhsullar uşaqlarda allergiya, dəri xəstəlikləri və digər təhlükəli sağlamlıq problemlərinə səbəb ola bilər. Bizim məktəbli formalarımız Nazirlər Kabinetinin qərarına uyğun olaraq istehsal olunur. Bütün köynəklər 100% pambıqdan hazırlanır, parçaları Özbəkistandan gətirilir və burada tikilir. Şalvar və ətəklər isə 60% yun və 40% poliester tərkibli olur, materialı Türkiyə və Belarusdan gətirilir. Məhsullarımız sertifikatlıdır və bizim satış mərkəzlərindən alınan hər bir məktəbli formasına 1 il zəmanət verilir”.

Mina Mikayılova

 

 

 


SON XƏBƏRLƏR