• Bakı 24° C

    14.06 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Məşhur aktyor “Daha 17” serialına qatıldı
ŞOU
29 Avqust 2026 | 21:10

Məşhur aktyor “Daha 17” serialına qatıldı

Türkiyənin məşhur aktyoru Erdal Küçükkömürcü “Daha 17” serialının heyətinə daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, “Pastel Film” tərəfindən hazırlanan və “Kanal D”də yayımlanan serialın 15-ci bölümündən etibarən Küçükkömürcü də ekran işində rol alacaq.

Aktyor serialda “Abi” obrazına həyat verəcək. Yeraltı dünyasının sirli siması kimi təqdim olunan obraz Hakan üçün ciddi təhlükə yaradacaq.

Emre Kabakuşak və Murat Aksunun rejissorluğu ilə çəkilən serialın baş rollarında Armağan Oğuz və Ozan Dağgez də yer alır.

Qeyd edək ki, Erdal Küçükkömürcü “Sefirin Kızı” serialında “Səfir Güven Çelebi” obrazını canlandırırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026