• Bakı 22° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Bakıda DƏHŞƏTLİ QƏZA: 19 nəfər... - YENİLƏNİB
HADİSƏ
08 Sentyabr 2025 | 12:27

Bakıda DƏHŞƏTLİ QƏZA: 19 nəfər... - YENİLƏNİB

Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 08.09.2025-ci il tarixində saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Qeyd edək ki, bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda "Hyundai" markalı avtomobil 99-XM-330 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" maraklı 10-XE-462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. 

Mina Mikayılova

***

10:13

Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.

O bildirib ki, hadisə bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.

"Hyundai" markalı avtomobil 99-XM-330 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" maraklı 10-XE-462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə hadisə zamanı xəsarət alan şəxslər var.

Faktla bağlı araşdırma aparılır.

***

09:49

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub qəzaya düşüb. Nəticədə 10-dan artıq xəsarət alan var. Yaralılıar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır. 


SON XƏBƏRLƏR

08 Sentyabr 2025