• Bakı 14° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

“Nəticəsi faciəvi olacaq” - Medvedev
DÜNYA
04 Noyabr 2025 | 00:50

“Nəticəsi faciəvi olacaq” - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrinin Ukraynaya davamlı maliyyə yardımı ilə müharibəni uzatdığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Medvedev bu fikirləri “The Moscow Times” nəşrinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Qərb 2022-ci ilin fevralından – müharibənin başlanmasından bəri Ukraynaya təxminən 500 milyard avro xərcləyib:

“Bu inanılmaz, hətta kritik məbləğdir. Həmin pullarla yeni, neytral və firavan Ukrayna qurmaq olardı, amma belə bir məqsəd yoxdur”.

Medvedev ABŞ-nin Əfqanıstandakı 20 illik hərbi iştirakını da xatırladaraq qeyd edib ki, Vaşinqton 2001-2021-ci illər arasında orada 2,3 trilyon dollar xərcləyib:

“Onlar hakimiyyəti taliblərdən alıb yenidən taliblərə verdilər”.

Rusiyalı siyasətçi bildirib ki, Qərb Ukraynaya nə qədər çox pul xərcləsə, nəticə bir o qədər faciəvi olacaq:

“Nəticə ABŞ-nin Əfqanıstandakı aqibətinə bənzəyəcək”./Qafqazinfo


SON XƏBƏRLƏR

03 Noyabr 2025