Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hər iki tərəf müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı nəzərdən keçirib və İranla bağlı İsrailin son hərbi hücumundan sonra bölgədə yaranan vəziyyəti müzakirə edib.