ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi uzun müddətdir davam edən siyasi karyerasına noyabrın 4-də son qoya bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NBC Konqresdəki və Kaliforniya ştatındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumatlara görə, 85 yaşlı Pelosi təxminən qırx il təmsil etdiyi San-Fransisko dairəsindən gələn il Nümayəndələr Palatasına yenidən seçilməkdən imtina edə bilər. O, bu qərarı 4 noyabrda yenidən seçki dairəsi təşəbbüsü ilə bağlı səsvermədən sonra elan edə bilər. Demokrat Partiyası 2026-cı il ara seçkilərində əlavə yerlər qazanmağa ümid etdiyi üçün belə bir islahatın tərəfdarıdır.
Pelosinin mətbuat katibi İen Kreqer keçmiş spikerin Nümayəndələr Palatasına yenidən seçilmək niyyətində olub-olmadığı barədə şərh verməkdən imtina edib. O, hazırda yenidən seçki dairəsi təşəbbüsünü irəli sürmək üçün kampaniyaya tam diqqət yetirdiyini vurğulayıb.
 Bakı 










