• Bakı 14° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Rossi Cenoanın yeni baş məşqçisi olacaq 
İDMAN
04 Noyabr 2025 | 00:30

Rossi "Cenoa"nın yeni baş məşqçisi olacaq 

İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

A Seriyası təmsilçisi Daniele De Rossi ilə razılıq əldə edib. 48 yaşlı mütəxəssis “Boka Xuniors”la “River Pleyt” arasında keçiriləcək oyunu izləmək üçün planlaşdırdığı Argentinaya səfəri təxirə salıb.

De Rossinin təyinatının yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, “Cenoa” yaxın günlərdə Patrik Vieyra ilə yollarını ayırıb. De Rossinin son çalışdırdığı klub isə “Roma” olub.


SON XƏBƏRLƏR

03 Noyabr 2025