Yekaterinburqda polis əməkdaşları bir qadını döyüblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Onun əri bu barədə Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Komissarı Tatyana Merzlyakovaya məlumat verib. Hazırda təhlükəsizlik qüvvələri ilə bağlı araşdırma başlayıb.
"Yekaterinburq sakini həyat yoldaşına qarşı fiziki zorakılıq edən 5 saylı Polis Bölməsinin əməkdaşlarından şikayət edib. Hücum nəticəsində qadın sümük sınığı alıb və 24 saylı Şəhər Xəstəxanasında əməliyyat olunub.
Hazırda Rusiya Federasiyasının İstintaq Komitəsi Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsi - vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi üzrə istintaq aparır", - deyə ombudsmanın mətbuat xidmətindən verilən məlumatda deyilir.












