• Bakı 22° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Rusiyanin Türkiyədəki yeni səfiri o olacaq
DÜNYA
02 Iyun 2025 | 13:16

Rusiyanin Türkiyədəki yeni səfiri o olacaq

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyədə yeni səfir olacaq.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

    Nəşrin yazdığına görə, Rusiya Türkiyədəki səfirini dəyişmək niyyətindədir. Bu məlumatı Kommersanta üç mənbə təsdiqləyib.

    Qeyd edək ki, Verşinin 2018-ci ilin martından xarici işlər nazir müavini vəzifəsini tutur. Bu vəzifəyə qədər o, Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru vəzifəsində çalışıb. Eyni zamanda, 2011-ci ildən XİN-nin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub. Bu vəzifədə o, “Yaxın Şərq dördlüyü” (Rusiya, ABŞ, Aİ və BMT) danışıqlarında Rusiyanı təmsil edib.

    Sergey Verşinin Rusiyanın Türkiyədəki səfiri vəzifəsində 2017-ci ildən bu vəzifəni icra edən Aleksey Yerxovu əvəz edəcək.

     

     


    SON XƏBƏRLƏR

    03 Iyun 2025