• Bakı 29° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər edib - FOTO
SİYASƏT
10 Iyul 2025 | 21:45

Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər edib - FOTO

İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Tuzla şəhərinin beynəlxalq aeroportunda Milli Məclisin sədrini Bosniya və Herseqovina parlamentinin deputatı Nihad Omeroviç və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində S.Qafarova Serebrenitsa şəhərində keçiriləcək Soyqırımı qurbanlarının Anım mərasimində iştirak edəcək, həlak olanların xatirəsini yad edərək Memorial abidə üzərinə gül dəstəsi qoyacaq.


SON XƏBƏRLƏR

10 Iyul 2025