• Bakı 22° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Sarkisyan hakim qarşısına çıxacaq
DÜNYA
29 May 2025 | 23:03

Sarkisyan hakim qarşısına çıxacaq

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı 3 milyon dollara yaxın rüşvət almaq ittihamı ilə cinayət işinin materialları ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilib.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, ittiham aktına əsasən, Serj Sarkisyan ona məxsus şirkətin satış prosesinə mane olmamaq üçün sahibkar Silva Hambarkumyandan vasitəçilər vasitəsilə rüşvət alıb.

2 milyon 660 min dollar məbləğində pulun bir hissəsinin nəğd, 325 min dollarının isə bank vasitəsilə köçürüldüyü iddia edilir.

Bu işdə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan və biznesmen Samvel Mayrapetyan da ittiham olunur.

Qeyd edək ki, Mikael Minasyan Serj Sarkisyanın kürəkənidir.


SON XƏBƏRLƏR