• Bakı 23° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Sibiqa: Rusiyanın neft satışından gəlirlərini azaltmalıyıq
DÜNYA
15 Iyul 2025 | 16:26

Sibiqa: Rusiyanın neft satışından gəlirlərini azaltmalıyıq

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Aİ ölkələrinin XİN rəhbərlərinin iclası zamanı Rusiyanı resurslardan məhrum etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Rusiyanı resurslardan məhrum etmək ümumi maraqlarımızdadır. Rusiyanın neft satışından gəlirlərini azaltmalıyıq. Sanksiyaları daha da təxirə salmaq olmaz. Bizə Rusiya ilə hərbi potensial və müdafiə sənayesi sahəsində paritet lazımdır”, – deyə Sibiqa qeyd edib.

O, həmçinin müttəfiqləri Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına investisiya qoymağa çağırdığını bildirib.

Sibiqanın sözlərinə görə, Ukrayna ədalətli, hərtərəfli və dayanıqlı sülh istəyir və Aİ-yə sədrlik edən Danimarkanın bu istiqamətdə addımlar atacağına ümid edir.

Mina Mikayılova


SON XƏBƏRLƏR