• Bakı 22° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Slovakiya Prezidenti İlham Əliyevi təbrik etdi
SİYASƏT
02 Iyun 2025 | 14:28

Slovakiya Prezidenti İlham Əliyevi təbrik etdi

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevi təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

    "Zati-aliləri, cənab Prezident.

    Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

    Slovakiya ilə Azərbaycan arasında münasibətlərin uzun illərdir dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini, gələcək əməkdaşlıq üçün böyük potensial yaratdığını məmnuniyyətlə qeyd edirəm. Strateji tərəfdaşlığımızın bu əlaqələri daha da möhkəmləndirərək yeni imkanlar yaratmasını yüksək qiymətləndirirəm.

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkənizə səfərimi və şəxsən görüşümüzü xoş duyğularla xatırlayıram. Sizi Slovakiyada eyni yüksək qonaqpərvərliklə salamlamaq fürsətini səbirsizliklə gözləyirəm. Əminəm ki, görüşümüz ikitərəfli əlaqələrimizin uğurlu inkişafına mühüm təkan verəcəkdir.

    Zati-aliləri, Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, əmin-amanlıq, sabitlik, uğurlar və rifah arzulayıram.

    Bratislavada görüşümüzü və səmərəli müzakirələrimizi səbirsizliklə gözləyirəm.

    Zati-alinizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


    SON XƏBƏRLƏR

    03 Iyun 2025