• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.7825

    RUB - 1.5962

Texnoloji müstəqillik insan kapitalının səviyyəsindən asılıdır - Dos. İlham Əhmədov yazır
YAZARLAR
05 Yanvar 2023 | 09:56

Texnoloji müstəqillik insan kapitalının səviyyəsindən asılıdır - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Texnoloji müstəqillik siyasi müstəqiliyin qarantıdır (Rəcəb Tayyib Ərdoğan).

Bu gün ölkələrin inkişaf zəncirinin həlqələri belədir: Təhsil-Elm-Texnika-Texnologiya-İqtisadiyyat-Qüdrətli Dövlət. Bu həlqələrin hər biri möhkəm olarsa, real inkişaf mümkün olar.

Biz öz ideologiyamızı, strategiyamızı, inkişafımızı bu ardıcıllıqla qurmalı, real olaraq irəlidə və ya geridə olmağızı bu istiqamətlər üzrə obyektiv monitorinq etməliyik. Arzu edək ki, 2023-ci il ölkəmizin bu istiqamətdə inkişafına tövhələr versin.

Amma bu, daha çox bizdən asılıdır, nəinki 2023-dən və ya 2022-dən. Əgər, yenə də əvvəlki illərdə olduğu kimi, bu il də atın qabağına ət qoysaq, nə texnoloji inkişaf, nə də texnoloji müstəqillik arzularımız reallaşacaq.

Təəssüf ki, 30 ildə dövlət quruculuğunda və milli inkişafda insan amilinin, kadrların düzgün seçimi və yerləşdirilməsi məsələsinin vacibliyini obyektiv qiymətləndirə bilmədik.

İnsan kapitalının inkişafı barədə rəvayətlər niyə yarımçıq qaldı? Texnoloji müstəqillik üçün inkişaf etmiş insan kapitalının mövcudluğu zəruridir. Texnoloji müstəqillik yalnız onu dərk edən və yaradan insan kapitalının fəaliyyəti nəticəsində siyasi müstəqilliyə qarant ola bilər.
Bu gün Türkiyənin elm, təhsil və texnologiya sahəsindəki sistemli fəaliyyəti və qazandığı ciddi uğurlar hamımızı sevindirir. Türkiyədə hal-hazırda "1 milyon məşğulluq layihəsi” reallaşır. Bu layihə 1 milyon proqramçı hazırlamaq və onları işlə təmin etmək məqsədi güdür. Bu sahəyə dünyada və Türkiyədə olan marağı nəzərə alaraq 2023-cü ildə müvafiq sferada iş yerlərinin sayı 2 dəfə artırılır.

Pulsuz təqdim olunan portalda qeydiyyatdan keçərək 216 istiqamət üzrə ümumi həcmi 1800 saatdan çox onlayn dərsləri seçmək və müstəqil öyrənmək mümkündür. Rəqəmsal transformasiya ilə əlaqədar bu sahəyə diqqət bütün dünyada artmaqdadır.

Bu layihə faktiki olaraq açıq, distant (onlayn) İT kurslarıdır. Beynəlxalq təcrübədə belə təşəbbüslər əvvəllər də olub. Rusiya bu təşəbbüsü 20 il əvvəl reallaşdırıb. İntuit.ru portalı "internet universitet" kimi fəaliyyət göstərir. Bu, dünyada ilk MOOC (Massive Open Online Course - Açıq Olayn Kütləvi Kurslar) kimi qəbul edilir. Bu portal açıq onlayn İT universitet kimi fəaliyyətə başlasa da, sonralar iqtisadiyyat, biznes və s. istiqamətləri də əhatə etdi.

Artıq Rusiyada bu layihənin 1 milyondan çox məzunu var. Sanksiyalarla əlaqədar Rusiyanın yüzminlərlə İT mütəxəssisi ölkəni tərk edib, o cümlədən Ermənistana da miqrasiya edib və artıq orda fəaliyyətə başlayıblar. Bu vəziyyət Ermənistanın İKT sektorunun inkişafına təkan verəcək. Bu vəziyyəti hökmən nəzərə almalıyıq.

Amma Türkiyənin "1 milyon məşğulluq layihəsi”nin daha uğurlu olacağına inanıram. Çünki, bu ölkələrin biri texnoloji tənəzzülə, digəri texnoloji inkişafa yönlənib.

Biz 20 il ərzində təhsil və digər nazirliklərə bu ideyaları dəfələtlə təklif etmişik. Təəssüf ki, cox vaxt kadrlar yerində olmadığından bu məsələlərə yanaşma səhv olub. Bütün dünya bu yolda olduğu halda, biz hələ də fikirləşirik.

Bakıvaxtı.az


SON XƏBƏRLƏR