ABŞ Prezidenti Donald Tramp iyunun sonunda NATO-nun Haaqada keçirilən sammiti zamanı Kiyevin istədiyi silahların bir hissəsini Ukraynaya göndərmək qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, “Washington Post” qəzeti bu barədə amerikalı məmura istinadla məlumat yayıb.
“İyunun 24-25-də Haaqada keçirilən NATO sammitində Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarından konkret silah növləri istəyib və Donald Tramp onlardan bəzilərini Kiyevə verməyə razılaşıb”, - deyə nəşrin həmsöhbəti bildirib.
Burada konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayan mənbə onların müdafiə xarakterli olduğunu vurğulayıb.