Türkiyə Milli Müdafiə Nazirliyindən mənbələr 12 türk əsgərinin ölümünə səbəb olan metan qazından zəhərlənməsi məsələsinə açıqlıq gətirib.
Bakıvaxtı.az xəbərə görə, bu hadisədən dərs çıxararaq oxşar faciələrin bir daha baş verməməsi üçün əlavə tədbirlər görüləcək.
“Qazdan zəhərlənən şəxsi heyətin hamısının eyni vaxtda mağaraya daxil olması, qaz maskalarının olmaması, mağaranın içərisində çökmə olması, onların pusquya salınması, kimyəvi qazın olması, hərbçilərin qəlpə yaralarından həlak olması və ya yaralanması kimi iddialar tamamilə əsassızdır”, - qeyd edilib.