• Bakı 29° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana GƏLDİ
CƏMİYYƏT
10 Iyul 2025 | 19:45

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana GƏLDİ

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, qrupa 9-16 yaş arasında olan 30 ukraynalı uşaq daxildir. Onlar reabilitasiya və psixoloji bərpa məqsədilə Azərbaycanda müvafiq proqramlarda iştirak edəcəklər.

Qeyd edək ki, üç ildən çoxdur ölkəmiz müharibədən zərər çəkmiş ukraynalı uşaqları qəbul edərək onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək bəxş edir. Bu müddət ərzində 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.


SON XƏBƏRLƏR

10 Iyul 2025