Xaçmaz şəhərində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.
”Mercedes” və “Audi” markalı minik avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakini, 2013 -cü il təvəllüdlü Ə.Ələsgərov, Xaçmaz şəhər sakinləri - 1978-ci il təvəllüdlü Şahid Mövsümov, 2003-cü il təvəllüdlü Şəbnəm Mövsümova və 2005-ci il təvəllüdlü Anar Mövsümov xəsarət alıblar.
Yaralılar dərhal Xaçmaz şəhər Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.