• Bakı C

    2.67 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Yaponiya gələn il müdafiəyə rekord məbləğdə vəsait ayıracaq
DÜNYA
17 Dekabr 2025 | 09:04

Yaponiya gələn il müdafiəyə rekord məbləğdə vəsait ayıracaq

"Yaponiya hökuməti 2026-cı maliyyə ilində (1 aprel 2026-cı ildən başlayaraq) Silahlı Qüvvələrə rekord məbləğdə - 9 trilyon yendən (58 milyard dollardan çox) çox vəsait ayırmağı planlaşdırır. Bu vəsait, xüsusən də uzaqmənzilli raketlər və pilotsuz vasitələrdən müdafiə sisteminin inkişafı üçün istifadə olunacaq". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NHK agentliyi məlumat yayıb.

Qeyd edilib ki, maliyyələşdirmənin əhəmiyyətli bir hissəsi 1000 km-dən çox mənzilli Type-12 raketlərinin və yerli istehsal olan hipersəsli sürüşmə vasitələrinin alınmasına, eləcə də Böyük Britaniya və İtaliya ilə tərəfdaşlıq çərçivəsində altıncı nəsil döyüş təyyarəsinin hazırlanmasına ayrılacaq. Həmçinin, Yaponiyanın sahil xəttinin pilotsuz uçuş aparatlarından istifadə etməklə müdafiəsi üçün SHIELD sisteminin yaradılmasına da vəsait ayrılması gözlənilir. Ölkənin hava məkanının qorunması üçün dronların istifadəsi planlaşdırılır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

16 Dekabr 2025