• Bakı 18° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Qazaxın kəndləri aprelin 5-də qaytarılır? - Əks halda...

SİYASƏT

27 Mart 2024 | 08:56

Qazaxın kəndləri aprelin 5-də qaytarılır? - Əks halda...

Baş nazir Nikol Paşinyanın Ermənistanın Tavuş rayonunun sərhəd kəndlərinə səfəri və yerli sakinlərlə görüşdə səsləndirdiyi bəyanatlar sensasiyaya çevrilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Paşinyan Voskepar kəndinin sakinləri qarşısında çıxışında xəbərdarlıq edib ki, Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsə, "həftənin sonuna qədər" yeni müharibə ola bilər.

"İmtina etsək, bu o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Və mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra “Respublika” meydanında qarşılaşanda deyəcəksiniz: "Yaxşı, biz adi kəndlilərik, bizim məlumatımız yox idi, amma, axı siz hər şeyi bilirdiniz", - deyə Paşinyan bildirib. O, həmçinin əlavə edib ki, Ermənistan nə isə verirsə belə, əvəzində nə isə tələb edir - Ermənistan KİV baş nazirdən sitat gətirir.

Ermənistan Azərbaycanla müharibəyə yol verməməlidir, buna görə "sərhədləri düzəltmək" lazımdır. Onun sözlərinə görə, Tavuş rayonunda Baqanis kəndindən Tavuş vilayətinin Berkaber kəndinə qədər sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün "real imkan var".

Xatırladaq ki, hələ 90-cı illərin əvvəllərində ermənilər Azərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü - Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu ərazisindədir.

Daha üç kənd - Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

Qazaxın kəndləri ilə bağlı vəziyyəti Bakıvaxtı.az-a şərh edən Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn bildirib ki, aprel ayının 5-nə qədər həmin kəndlər - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli- boşaldılmalıdır. Çünki bu tarixdə məlum görüş gözlənilir:

“Paşinyanın hansı təlimatlar alıb-almaması bizim üçün maraqlıdır, amma həlledici deyil. Aprel ayının 5-nə qədər bu məsələ bitməlidir. Bir halda ki, Avropa Birliyi və ABŞ Ermənistana hansısa təminatlar, o cümlədən təhlükəsizlik təminatı vermək məsələsini gündəliyə çıxarır. O halda bizim işğal altında qalan və anklav, eksklav olmayan kəndlərimizi azad etməliyik”.

P.Hüseyn qeyd edib ki, həmin kəndlərdə Ermənistanın 3-cü korpusunun mövqeləri var:

“Paşinyan əlehdarları da iddia edirlər ki, guya ən möhkəm müdafiə olunan sərhəd kommunikasiyası da orada yerləşir. Fikrimcə, biz 4 kəndlə kifayətlənməməliyik. Ondan əlavə Naxçıvanın Kərki, Qazaxın isə anklav və eksklav olan digər 3 kəndini də azad etməliyik. Bir halda ki, irəli gedə bilirik, o kəndlərin də boşaldılmaısna nail olmalıyıq”.

Pənah Hüseyn: Paşinyanın hansı təlimatlar alıb-almaması bizim üçün maraqlıdır, amma həlledici deyil

Müsahibimiz onu da diqqətə çatdırıb ki, işğal altındakı kəndlərimizdə Ermənistan ordusuna aid olmayan qanunsuz silahlı birləşmələr mövcuddur:

“Onların Əskiparada mövcudluğu təsdiqləndi. Əvvəllər onlardan 50-ə yaxınını tutmuşdular, amma sonra buraxdılar. Onların da zərərsizləşdirilməsi zəruridir. Çünki ora Azərbaycan ərazisidir. Məncə, kritik müddət aprel ayının 5-nə qədərdir. Məsələni bitirmək lazımdır. Bu istiqamətdə Ermənistan hansısa addım atmayacqsa, o halda təkcə 4 kəndlə kifayətlənməməliyik”.

Aydın Baxış


SON XƏBƏRLƏR

03 May 2025