• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir - Spiker

SİYASƏT

08 Oktyabr 2024 | 11:50

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir - Spiker

"Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, yalnız öz milli maraqlarını əsas götürən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Azərbaycanın etibarlı tərəfdaş  kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərdə, həm də dünyanı narahat edən qlobal problemlərin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir. 

"COP29-a ev sahibliyi və bu çərçivədə aparılan işlər də bunun bariz nümunəsidir. Ölkəmizin sülh, sabitlik və əməkdaşlıq üçün göstərdiyi yorulmaz səylər danılmazdır", - spiker vurğulayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR