Marketlərdə 1 kq-ı 25 manata olan dovşan əti satılır.Tələbat isə kifayət qədərdir. Bunu satıcılar bildirdilər. Hətta müraciət etdiyimizdə dondurucuda artıq məhsul qalmamışdı belə. Bildirildi ki, marketə gətirildiyi ilk 20 gün dondurulmadan saxlanılır və satılır, sonra isə 6 ay müddətində dondurularaq saxlana bilir və satılır.
Bakıvaxtı.az-ın məlumatına görə, ekspertlər isə bildirirlər ki, dovşan ətinin böyük marketlərdə satışa çıxarılması ilk dəfədir və bu sevindirici haldır.
Bildirildi ki, marketlərdə dovşan ətinin kilosu 25 manata satılsa da, fərdi təsərrüfatlarda 15-20 manat arasında müştərilərə təklif olunur.
Digər ət məhsullarına allergik reaksiyası olanlar üçün dovşan əti heç bir mənfi təsir göstərmir.
Daha ətraflı Xezerxeber-in videomaterialını təqdim edirik: