• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251


Yağış, külək - Hava proqnozu AÇIQLANDI

CƏMİYYƏT

12 Avqust 2025 | 09:50

Yağış, külək - Hava proqnozu AÇIQLANDI

Azərbaycanın əksər yerlərində avqustun 12-si saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Astarada 14, Balakəndə 10, Lənkəranda 8, Qubada 6, Zaqatala, Qəbələ, Qaxda 5, Göyçay, Lerik, Goranboy, Ordubadda 2, Şəki (Kişçay), Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Neftçala, Yardımlı, Daşkəsən, Gəncə, Tovuz, Cəbrayıl, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm təşkil edib.

Avqustun 11-də bəzi yerlərdə şərq küləyi əsib. Küləyin maksimal sürəti Culfada 21, Tərtərdə 18 m/s-dək güclənib.


SON XƏBƏRLƏR

11 Avqust 2025