• Bakı 17° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Pensiyaçılara “Sosial Tərəfdaş” proqramı ilə xüsusi endirimlər

CƏMİYYƏT

12 Avqust 2025 | 11:05

Pensiyaçılara “Sosial Tərəfdaş” proqramı ilə xüsusi endirimlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sosial Tərəfdaş” loyallıq layihəsi çərçivəsində ölkə üzrə pensiyaçılar üçün geniş endirim imkanları yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, layihənin əsas məqsədi pensiyaçıların sosial rifahını yaxşılaşdırmaq və gündəlik xərclərini azaltmaqdır. Bu proqram sayəsində pensiyaçılar supermarketlər, apteklər, klinikalar və digər xidmət sahələrində alış-veriş və xidmət zamanı xüsusi endirimlərdən yararlana bilirlər.

Endirimlərdən istifadə etmək üçün vətəndaşlar “e-Sosial” mobil tətbiqini yükləyib qeydiyyatdan keçməli, tətbiqdə göstərilən “Sosial Tərəfdaş” barkodunu ödənişdən əvvəl kassada təqdim etməlidirlər.

Endirim imkanları və iştirakçı müəssisələrin tam siyahısı ilə bağlı əlavə məlumatı aşağıdakı əlaqə vasitələri ilə əldə etmək mümkündür:

Instagram: @sosial.terefdash.az
Sayt: www.sosialterefdash.az

Əlaqə telefonu: +994 10 712 73 12


SON XƏBƏRLƏR

05 Oktyabr 2025
04 Oktyabr 2025