Dünyada hər 8 nəfərdən 1-i piylənmədən əziyyət çəkir.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, yetkinlər arasında artıq çəki 1990-cı ildən bəri təxminən iki dəfə artıb.
Belə ki, piylənmə, həddindən artıq yağ yığılması ilə müəyyən edilən xroniki və mürəkkəb bir sağlamlıq problemi olaraq təyin edilir.
ÜST bədən kütləsi indeksinin 25-dən yuxarı olmasını artıq çəki, 30-dan yuxarı isə piylənmə hesab edir.
Bildirilib ki, piylənmə 2-ci tip diabet və ürək xəstəlikləri riskini artırır, sümük sağlamlığına və məhsuldarlığına mənfi təsir göstərə bilər, bəzi xərçəng növləri riskini artırır, yuxu pozğunluğuna və ya hərəkətliliyin azalmasına səbəb olur və həyat keyfiyyətinə mənfi təsir göstərir.
Əvvəllər yüksək gəlirli ölkələrin problemi hesab edilən artıq çəki və piylənmə aşağı və orta gəlirli ölkələrdə də artmaqdadır.
ÜST-nin 2022-ci il məlumatlarına görə, dünyada 18 və daha yuxarı yaşda olan 2,5 milyard yetkin artıq çəkidən, 890 milyondan çoxu isə piylənmədən əziyyət çəkir.
5 yaşa qədər uşaqların təxminən yarısı Asiyada yaşayır ki, burada 5-19 yaşlı 390 milyondan çox uşaq və yeniyetmə artıq çəkidən əziyyət çəkir.
Qlobal piylənmə nisbətləri qızlar arasında 1,7 faizdən 6,9 faizə, oğlanlar arasında isə 2,1 faizdən 9,3 faizə yüksəlib.
ÜST-nin məlumatına görə, heç bir həll tapılmasa, artıq çəki və piylənmənin qlobal xərclərinin 2030-cu ilə qədər ildə 3 trilyon dollardan çox, 2060-cı ilə qədər isə 18 trilyon dollardan çox olacağı proqnozlaşdırılır.
ÜST-ə görə, artıq çəki, piylənmə və bununla bağlı qeyri-infeksion xəstəliklər əsasən qarşısı alına bilən və idarə oluna bilən xəstəliklərdir.
Fərdlər həyat dövrünün hər bir mərhələsində profilaktik müdaxilələri qəbul etməklə risklərini azalda bilərlər.
ÜST illərdir qlobal piylənmə böhranının təcili müdaxiləyə ehtiyacı olduğunu bəyan edir.
2022-ci ildə keçirilən 75-ci Ümumdünya Səhiyyə Assambleyasında üzv ölkələr piylənmənin qarşısının alınması və idarə olunması üçün yeni tövsiyələr qəbul edib və piylənmənin dayandırılması üçün ÜST-nin Sürətləndirmə Planını təsdiq ediblər.
Mina Mikayılova