• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Liberal iqtisadiyyatın inkişafına təkan və əngəl olan amillər - AÇIQLAMA  

LAYİHƏ

29 Aprel 2022 | 15:55

Liberal iqtisadiyyatın inkişafına təkan və əngəl olan amillər - AÇIQLAMA  

6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi 

Dayanıqlı və sabit iqtisadi sistemin əsas elementlərindən biri də ölkədə sahibkarlıq üçün əlverişli mühit yaradılmasıdır. Çünki iqtisadiyyatın inkişafı üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır. 

Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmaqla, ölkədə iqtisadi və sosial problemlərin həllinin, iqtisadi artımın mühüm amili hesab olunur.  

Hökumət rəsmilərinin sözlərinə görə, bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunub və xarici iqtisadi fəaliyyət liberallaşdırılıb.

Makroiqtisadi sabitliyin, daxili və xarici təsirlərə dayanıqlığın gücləndirilməsi məqsədilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qəbul edilib. Birləşmiş Millətlər Təşkilatı 2022-ci il üçün Azərbaycan iqtisadiyyatının 4% böyüyəcəyini proqnozlaşdırıb.

Bəs, qarşıda qoyulan vəzifənin reallaşdırılması üçün hansıl addımlar atılmalıdır?

İqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə Bakıvaxtı.az-a bildirib ki, bu günə qədər qeyri-neft sektorunun inkişafı və biznesə başlamanın asanlaşdırılması istiqamətində atılan bir çox addımları qeyd etmək mümkündür. “Ancaq biznesdə rəqabat mühitinin yaxşılaşdırılması istiqamətində hələ gediləsi uzun bir yol var. Bunun üçün rəqabət qanunvericiliyini gücləndirməklə yanaşı, eyni zamanda da bu sahəyə nəzarət edəcək müstəqil qurumların yaradılmasına ehtiyac vardır. Bundan başqa, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi, iqtisadiyyatın beynəlxalq dəyər zəncirlərinə inteqrasiyası, maliyyə bazarlarının inkişaf etdirilməsi istiqamətlərində əhəmiyyətli nəticələrin əldə edilməsinin də zəruri olduğunu düşünürəm”.

E.Bağırzadənin sözlərinə görə, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli prioritetlər”i dayanıqlı, dinamik, inkluziv, innovativ və “yaşıl” iqtisadiyyatın formalaşdırılmasını və Qarabağa “Böyük Qayıdışı”n uğurla reallaşdırılmasını nəzərdə tutur: “Doğru prioritetlərdir, ancaq reallaşdırılması üçün dövlətin və cəmiyyətin birgə intensiv çalışmasını tələb edir. Uyğun maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, insan kapitalının əhəmiyyətli dərəcədə artırılması və rəqabət mühitinin inkişaf etdirilməsi bu gün sahibkarlığın inkişafı üçün çox vacibdir.

Rəqabət Məcəlləsi qəbul edilsə yaxşı olar, ancaq hər şeyin də bu məcəllədən asılı olduğunu göstərməyin tərəfdarı deyiləm. Sadəcə cəmiyyət olaraq anlamalıyıq ki, rəqabət bazar iqtisadiyyatının əsas elementlərindən biridir və rəqabəti nə qədər inkişaf etdirsək, bazar iqtisadiyyatının üstünlüklərindən də bir o qədər yararlana biləcəyik”.  

İqtisadçı-ekspert Xalid Kərimli Bakıvaxtı.az bildirib ki, iqtisadiyyatın dayanıqlılığını təmin etmək məqsədilə müəyyən islahatlar aparılıb, azad sahibkarlığın və investitsiya mühitinin yaxşılaşdırılması istiqamətində addımlar atılıb:

“İqtisadiyyatın inkişaf etdirilməsi üçün müəyyən addımlar atılıb. Belə ki, gömrük işinin təşkilinin sadələşdirilməsi, vergi sahəsində islahatlar, azad sənaye texnoloji parklarının istifadəyə verilməsi, həmçinin azad iqtisadi zonanın yaradılması, nəliyyat logistika infrastruktrunun inkişaf etdirilməsi və güzəştli kreditləşmə istiqamətində atılan addımları qeyd etmək olar”, -deyə X.Kərimli bildirib.

O qeyd edib ki, Rəqabət Məcəlləsi qəbul edilməsə də, bu sahəni tənzimləyən qanunlar var: “Belə ki, “Haqsız rəqabət haqqında” qanun, “Təbii inhisarlar haqqında” qanun, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun və “Antiinhisar fəaliyyəti haqqında” qanun var. Yəni rəqabət sahəsində qanunvericilik qeyri-təkmil formada var. Ancaq mövcud qanunların da tətbiqi edilməməsi praktikası mövcuddur.  Məsələn, “Antiinhisar fəaliyyəti haqqında” qanun var, amma o qanunun icrası və qiymət siyasəti üzərində nəzarət cəmiyyət üçün qaranlıq olaraq qalır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inhisarların fəaliyyətini tənzimləməklə və onların qiymət siyasətinə müdaxilə etməklə öz rolunu oynamalıdır. 2004-cü ildən orataya çıxan və parlamentdə iki oxunuşadan keçən Rəqabət Məcəlləsinin hələ də qəbul edilməməsi, qanunvericilik orqanın öz üzərinə düşən işi görməməsi problem yaradır. Bu, sahibkarlığın inkişafına maneə yaradır. Süni qiymət artımı inhisarçının qiymətidir və süni qiymət artımı nəzarətdə saxlanılmalıdır ki cəmiyyət süni qiymətdən əziyyət çəkməsin.

X.Kəirmli deyib ki, sahibkarların qarşılaşdığı problemlər içində məhkəmə də var: “Sahibkarların problemi olduğu zaman yönəldiyi yer məhkəmədir. Sahibkarlar müqavilə hüququnun təmin edilməsi zamanı operativliklə bağlı problemlə qarşılaşırlar. Məhkəmələrin operativ və obyektiv şəkildə çıxardığı qərar oyun qaydalarının təmini baxımından əhəmiyyətlidir.

Sahibkarların uzunmüddətli ucuz maliyyə resurslarına çıxışı məhduddur. Sahibkar məcbrudur ki, hər şeyi öz cibindən qoysun. Bu isə mikro sahibkarların böyüməsinə mane olur".

Onun sözlərinə görə, ucuz kreditlərin cəlb edilməsi ilə yanaşı sahibkarların kadr problemi də var".

Qeyd edim ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i sabitin və inkişafın təminliyi, inkülizvliyin təmini, yaşıl enerjiyə keçiddir. Qarabağa qayıdış məsələsidir. İqtisadiyyatın dayanıqlı və stabil inkişafının təmini, sosial problemləri həlli məsələsi nəzərdə tutulub. Bunların reallaşması ölkə üçün faydalıdır”.

Ramid İbrahimov 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


SON XƏBƏRLƏR