• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ötən il üzrə su itkilərimiz açıqlandı

CƏMİYYƏT

28 Fevral 2024 | 14:08 | Müəllif: Qalib İbrahimoğlu

Ötən il üzrə su itkilərimiz açıqlandı

2023-cü ildə Azərbaycanda içməli suyun 39 %-i, suvarma suyunun isə 50 %-dən çoxu itkiyə gedib.

Bakıvaxtı.az xəbər verir ki. bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

Onun sözlərinə görə, son 4 ildə içməli su itkisi 44 %-dən 39 %-ə endirilib:

"Amma 39 % qürur duyacaq bir rəqəm deyil. İçməli su ssitemləri üzrə dünyada ideal rəqəm 10 %-dən az sayılır. Yaxın 10 ildə içməli suda itkini 20 %-ə salmağı, 2050-ci ilə qədər isə 10 %-dən aşağıya endirməyi hədəfləyirik".

Z.Mikayılov deyib ki, qonşu Türkiyədə suvarma sistemlərində itki 65 %, içməli suda 30 %-dir. Əslində bizim 35 milyard kubmetr su balansımız bizə yetərlidir:

"Biz sadəcə itkiləri azaltsaq, suyun səmərisiz istifadəsini ortadan qaldıra bilsək, suyumuz yetərlidir. Hətta biz suyu ixrac edəcək vəziyyətə gələ bilərik. Amma bu, bir-iki günə həll ediləcək məsələ deyil. Burda şüur, təhsil, maarifləndirmə dəyişilməlidir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR