• Bakı 25° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Qaşım Maqomedov: “Hər rəyinizi oxuyuram və görürəm”

İDMAN

08 Avqust 2024 | 14:07

Qaşım Maqomedov: “Hər rəyinizi oxuyuram və görürəm”

“Maşallah olsun ki, sizin sayınız çoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) sosial şəbəkə hesabında paylaşıb.

O, videopaylaşımında azarkeşlərinə dəstəyə görə minnətdarlığını bildirib: “Hər rəyinizi oxuyuram və görürəm. Fiziki olaraq hamıya cavab verə bilmirəm. Hamınıza təbriklərə və dəstəyə görə təşəkkür edirəm. İnşallah, yavaş-yavaş hər birinizə cavab yazacam. Kimə cavab yazmıramsa üzrlü saymağını və məni başa düşməyini istəyirəm”.

Maqomedov çəkiliş zamanı əsalarını da göstərərək yeni “köməkçiləri” olduğunu vurğulayıb: “Dopinq testinə gəlmişəm. Hələ yatmamışam. Yeni dostlarım olan köməkçilərimlə tanış olun”.

Qeyd edək ki, Qaşım Paris-2024-də çempionluq uğrunda cənubi koreyalı Park Tae-Junla qarşılaşıb. Taekvandoçu ilk raundda zədələnərək ikinci hissədə döyüşü davam etdirə bilməyib və Olimpiadanı gümüş medalla bitirib. / idman.biz


SON XƏBƏRLƏR

09 Sentyabr 2024