Qazaxıstanın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb.
Bakıvaxtı.az xəbər verir ki, Baş naziri Oljas Bektenov martın 3-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçəklər düzülüb.