• Bakı 25° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

 "Tibb Rəqəmsal Əkiz Sistemi" vətəndaşlara nə vəd edir?

CƏMİYYƏT

10 Iyun 2026 | 15:07

 Tibb Rəqəmsal Əkiz Sistemi vətəndaşlara nə vəd edir?

Tibb Rəqəmsal Əkiz Sistemi vətəndaşların bütün sağlamlıq məlumatlarının vahid platformada toplanmasını və təhlükəsiz şəkildə istifadəsini təmin edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

Onun sözlərinə görə, Tibb Rəqəmsal Əkiz Sistemi vətəndaşların fərdi sağlamlıq məlumatlarının və tibbi qeydlərinin vahid sistemdə toplanmasını, eləcə də ehtiyac yarandıqda səhiyyə strukturları arasında təhlükəsiz şəkildə mübadiləsini təmin edən ekosistemdir.

Mütəxəssis bildirib ki, sistem vətəndaşlara bir sıra üstünlüklər qazandıracaq. İlk növbədə, şəxsin bütün sağlamlıq məlumatları vahid platformada cəmləşəcək və istənilən vaxt əlçatan olacaq.

Onun sözlərinə görə, pasiyent hər hansı tibbi müayinəyə və ya müalicəyə müraciət etdikdə sənədlərini müxtəlif qurumlardan toplamaq məcburiyyətində qalmayacaq. Bütün məlumatlar Tibb Rəqəmsal Əkiz Sistemi platforması və ya mobil həllər vasitəsilə vətəndaş üçün əlçatan olacaq ki, bu da prosesləri xeyli sadələşdirəcək.

Mütəxəssis qeyd edib ki, sistem həkimlərin işini də asanlaşdıracaq. Belə ki, onlar müraciət edən pasiyentin əvvəlki sağlamlıq məlumatlarını və tibbi tarixçəsini görmək imkanı əldə edəcəklər.

Onun sözlərinə görə, bu imkan müalicə prosesinin daha səmərəli və effektiv aparılmasına kömək edəcək, həm diaqnostikanın keyfiyyətini artıracaq, həm də pasiyentə göstərilən tibbi xidmətin operativliyini təmin edəcək.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR