Almaniyanın müdafiə naziri Boris Pistorius çərşənbə axşamı Berlində çexiyalı həmkarı Yaromir Zuna ilə görüşüb.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadla xəbər verir ki, görüşdən sonra B.Pistorius bildirib ki, Almaniya Ukraynaya sursat təmin etmək üçün Çexiyanın təşəbbüsünə əlavə 300 milyon avro ayıracaq. Bu məbləğ təxminən 50 min artilleriya mərmisinin alınması üçün nəzərdə tutulub.
Qeyd edək ki, Çexiya Respublikası tərəfindən 2024-cü ildə Ukraynaya Rusiya ordusunun atəş gücü üstünlüyünə qarşı çıxmağa kömək etmək üçün başladılan təşəbbüs, qlobal bazarlarda iri çaplı sursatların müəyyən edilməsini və satın alınmasını əhatə edir. Bu təşəbbüs 2025-ci ilə qədər 1,96 milyon ağır sursatın çatdırılmasını təmin edib. 2026-cı il üçün təxminən bir milyon sursat üçün müqavilələr bağlanıb.
Aydın
Bakı 



