• Bakı 16° C

    9.18 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

800 milyon dollarlıq qəpik yola dağıldı: Tozsoranla yığdılar
DÜNYA
03 May 2025 | 15:25

800 milyon dollarlıq qəpik yola dağıldı: Tozsoranla yığdılar

ABŞ-nin Texas ştatının Alvord şəhəri yaxınlığındakı magistral yolda qeyri-adi yol hadisəsi baş verib. Böyük partiyalı sikkələri daşıyan yük maşını kəskin manevrdən sonra aşıb. Nəticədə ümumilikdə təxminən 800 min dollar dəyərində olan 8 milyon dime yola tökülüb.

Bakıvaxt.az xarici KİV-ə istinadla bildirir ki, təxminən 12 saat ərzində magistralın bu hissəsində avtomobillərin hərəkəti tamamilə bağlanıb.

Hadisə yerinə təcili xidmət əməkdaşları gəlib və səpələnmiş pulların toplanması üçün genişmiqyaslı əməliyyat başlayıb. Pulları qablara qaytarmaq üçün süpürgə, kürək və hətta sənaye tozsoranlarından istifadə ediblər.

Qəzanın səbəbləri araşdırılır, sürücünün yoldan çıxaraq idarəetməni itirdiyi məlum olub. Hadisə təkcə nəqliyyatda əhəmiyyətli ləngimələrə səbəb olmayıb, həm də sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.


SON XƏBƏRLƏR

03 May 2025