ABŞ-də İsrailin Qəzzaya humanitar yardımı əngəlləyərək 2 milyondan çox fələstinli mülki, xüsusilə qadın və uşaqları aclığa məhkum etməsinə reaksiyalar davam edir.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, ABŞ-nin müxtəlif bölgələrindən gələn qazilər və sülh tərəfdarı qruplar Nyu-Yorkda yerləşən BMT-nin ABŞ-dakı Daimi Nümayəndəliyinin qarşısında Qəzzaya həmrəylik göstərmək məqsədilə 40 günlük aclıq aksiyasına başlayıblar.
Nuriyyə Musayeva