ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropalı müttəfiqlərinə silah satışını əhəmiyyətli dərəcədə artıracaq, daha sonra isə bu ölkələr Ukraynaya silah tədarük etməyə başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Vaşinqton birinci dalğada NATO müttəfiqlərinə təxminən 10 milyard dollar dəyərində silah satacaq.
Ukraynanın tədarük planına Rusiya ərazisinin dərinliklərinə zərbə endirə bilən uzaqmənzilli raketlər, həmçinin hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri daxil olacaq.