• Bakı 28° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

“Azərbaycanda niyə bu qədər “rus sektoru” olmalıdır?” - Rusiyanı anladığı dildə başa salmaq lazımdır
CƏMİYYƏT
01 Sentyabr 2025 | 14:30

“Azərbaycanda niyə bu qədər “rus sektoru” olmalıdır?” - Rusiyanı anladığı dildə başa salmaq lazımdır

Məlum olduğu kimi, Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin 100 metrliyinə düşüb. Azərbaycan diplomatik missiyasının yaxınlığında düşən raket yanğına və güclü partlayışa səbəb olub.

Qeyd edək ki, bundan əvvəl ruslar Azərbaycanın bir neçə neft anbarını bombalamışdı. İndi onlar səfirliyə qarşı açıq-aşkar terror aktına keçiblər. Bu addımlar Rusiyanın Azərbaycana yönəlik açıq düşmənçiliyi davam etdirməsindən xəbər verir.

Siyasi şərhçi Əhəd Məmmədli Bakıvaxtı.az-a deyib ki, bu, rusların çoxdankı metodlarıdır.

Ekspert vurğulayıb ki, Rusiya arası dəydiyi ölkələri müharibə ilə hədələyir, hərbi əməliyyatlar icra edir:

"Ukraynada neft bazalarımızı vurmaqla kifayətlənməyən Rusiya indi birbaşa səfirliyimizi hədəf alır, binanın yaxınlığına zərbələr endirir. Rusiya bununla demək istəyir kii, istəsək, səfirliyinizi də vurarıq. Rusiyanın siyasəti "güclüyəmsə haqlıyam" siyasətidir. Əslində Qərb ölkələri, bütün imperialist dövlətlər də eyni cür davranırlar. Yəni "sivil dünya" dedikləri də nağıldır. Sivil Fransanın Afrikada, ABŞ-nin İraqda, Əfqanıstanda etdikləri göz önündədir”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycan düşmənçilik edən ölkələrə adekvat cavab vermək üçün daha  güclü olmalıdır. Ə.Məmmədlo hesab edir ki, Ukraynaya yardım və dəstək artırılmalıdır:

“Ukrayna Azərbaycan silahları ilə, yaxud bizim yardımımızla ruslara daha ağır zərbələr vura bilər. Rusiyanı məhz anladığı dildə başa salmaq lazımdır. Bəyanatlarla Rusiyaya nə etmək olar?!"

Əhəd Məmmədli: Rusiyanın siyasəti "güclüyəmsə haqlıyam" siyasətidir

Ə.Məmmədli qeyd edib ki, Rusiyaya yönəlik daha sərt addımlar atılmalıdır:

"Niyə Azərbaycanda bu qədər rus məktəbləri, rus bölmələri olmalıdır? Niyə onlara dəymirik? Məgər "rus dili" bizim üçün müqəddəs Qurandır ki, ona dəymirik?! Ötənlərdə rus məktəblərinin bağlanması ilə bağlı bir informasiya yayıldı və dərhal "lətifə məmurlar" önə çıxaraq elə şey olmadığını dedilər. Adama deyərlər, sizə nə düşüb?! İnformasiya müharibəsini belə aparmağa imkan vermirlər. Rusiya üçün "rus dili" müqəddəsdir. Zərbəni də oradan vurmalıyıq. Ən azı rus bölmələrinin sayı kifayət qədər azaldılmalıdır. Düşmənçilik davam edərsə, bunları etməkdən çəkinməməliyik. Rus dili sabah bizim üçün ciddi problemə çevriləcək".

Aydın Baxış


SON XƏBƏRLƏR