• Bakı 21° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Barış Mançonun avtomobili Türkiyəyə gətiriləcək
MƏDƏNİYYƏT-ŞOU
01 May 2024 | 05:02

Barış Mançonun avtomobili Türkiyəyə gətiriləcək

Əfsanəvi müğənni Barış Mançonun ölümündən əvvəl Belçikada aldığı qırmızı rəngli avtomobili Türkiyəyə gətiriləcək.

Bakıvaxtı.az baku.ws-ə istinadən bildirir ki, bununla bağlı sənətçinin oğlu Doğukan Manço bir çox qurumlara müraciət edib.

O artıq qardaşı Batıkan Manço və anası Lale Manço Ahıskalı ilə birlikdə qurumların tələb etdiyi sənədləri yığıb və lazımi yerlərə tədim edib.

Xatırladaq ki, Doğukan Manço 1981-ci ildə Belçikada doğulub. Uşaq yaşlarda pianino və gitara dərsləri alıb.

Atasının 1999-cu ildə vəfatından sonra təhsil almaq üçün ABŞ-ın Florida ştatına gedib və təhsilini orada davam etdirib.

Şəhər və ərazi planlaşdırılması üzrə bakalavr təhsili alıb.

2013-cü ildə Star TV-də yayımlanan "Survivor" yarışmasına qatılıb. Yarışın sonunda Hilmicemdən sonra ikinci oldu.


SON XƏBƏRLƏR

20 May 2024