• Bakı 19° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Deputat: Azərbaycanda işsizliyin rəsmi statistikası reallığı əks etmir
SİYASƏT
30 May 2025 | 12:47

Deputat: Azərbaycanda işsizliyin rəsmi statistikası reallığı əks etmir

“283 min işsizdən 169,5 mini, yəni 60 faizi rəsmi işsiz kimi qeydiyyatdadır. Onların 94 faizi isə işlə təmin olunub. Amma vəziyyət elə deyil. Sorğular aparılsa, yerlərdə insanların çoxu faktiki işsizdir. Burada iki müsbət məqam var: işsiz hesab olunanların 6 faizi işsizlik sığortası alır, 10 faizi isə özünüməşğulluq proqramına cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, Azərbaycanda çox ailələr var ki, orada heç kim işləməyib:

“Bu, ailənin özünə və uşaqlara böyük zərbədir. Ona görə xüsusi proqramlar hazırlanmalıdır ki, işləməyən ailələrdə ən azı bir nəfər işləsin. Azərbaycanda son vaxtlar insanların gündəlik ehtiyaclarına düşən malların qiyməti 1,5 dəfə artıb. Belə halda, 4 nəfərdən ibarət ailənin minimum xərci 1000 manatdan çoxdur. Orta əməkhaqqı isə bunun 13 faiz aşağıdır. Məzuniyyətlə işləyənlərin yarısının maaşı isə minimum əməkhaqqından 1,8 dəfə azdır. Bu reallıqda, bir nəfərin işləməsi ailəni dolandırmaq üçün yetərsizdir. Ona görə də qadınların işləyə biləcəyi sahələrin genişləndirilməsi üçün addımlar atılmalıdır".

Mina Mikayılova


SON XƏBƏRLƏR